Passiv həyat tərzi və sterss demensiya riskini artırır

Bəzi vərdişlər yaşlı insanlarda ən çox rast gəlinən və yaddaşın, təfəkkürün, oriyentasiyanın və özünə qulluq qabiliyyətinin pisləşməsi ilə xarakterizə olunan demensiyanın inkişaf riskini artıra bilər.

Azpost.info xəbər verir ki, alimlərin araşdırmasına görə, ən təhlükəli vərdişlərdən biri passiv həyat tərzi – fiziki aktivliyin olmamasıdır.

Daimi məşğuliyyət qan dövranını yaxşılaşdırır, beyini oksigen və qida maddələri ilə təmin edir ki, bu da demensiyanın qarşısını alır. Əsas faktorlardan biri də qidalanmadır. Bu zaman daha çox meyvə, tərəvəz və sağlam yağlara üstünlük verilməlidir.

Stress və depressiya, eləcə də yuxusuzluq bu təhlükəli xəstəliyin inkişaf riskini artıra bilər. Bundan başqa, pis vərdişlər, yəni siqaret və spirtli içkilər beyinə mənfi təsir göstərir. Sosial təcrid və zehni fəaliyyətin olmaması da demensiyanın inkişafına kömək edir.

Psixiatrların fikrincə, xarakter dəyişikliyi demensiyanın ilk əlamətidir. Xəstəliyi hələ ilkin mərhələdə olan insanlar öz vəzifələrinin öhdəsindən gəlməkdə çətinlik çəkirlər, həssas olurlar və tez-tez işdə və evdə onlara həddindən artıq tələblərin qoyulmasından şikayətlənirlər. Xəstəlik nəticəsində davranış və xarakter dəyişiklikləri adətən kifayət qədər kəskin şəkildə baş verir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.