Payız depressiyasının səbəbi nə ola bilər?

Çoxları üçün payız kədər, enerji itkisi və apatiya ilə əlaqələndirilir. Ancaq pis əhval-ruhiyyə təkcə yalnız yağışlı hava və soyuq temperaturla bağlı deyil.

AzPost -un məlumatına görə, RuNews24.ru-ya həkim Yekaterina Dmitrenko bildirib ki, səbəb D vitamini çatışmazlığı ola bilər.

“Qışda günəş işığı nadir hala gəlir. Bu xüsusilə şimal enliklərində aktualdır. Burada qısa günlər və buludluluq günəş işığının çatışmazlığına və D vitamini səviyyəsinə səbəb ola bilər. Tədqiqatlar göstərir ki, D vitamini səviyyəsinin aşağı olması depressiya və narahatlıq pozğunluqlarının daha yüksək riski ilə əlaqələndirilir”, – həkim izah edib.

Həkim vurğulayıb ki, əlavələr qəbul etməzdən əvvəl qanda D vitaminin səviyyəsini  yoxlatdırmağınız məsləhətdir. Sonra, lazım olduqda düzgün dozanı təyin etməyə kömək edəcək bir həkimə müraciət edin.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.