Payız semestri üzrə təhsil krediti alan tələbələrin sayı- AÇIQLANIB

2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil krediti alan tələbələrin sayı açıqlanıb.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, ümumilikdə 1575 tələbə təhsil krediti əldə edib. Onlardan 521-i sosial, 1054-ü isə standart yönümlü kreditdir.

Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.