Paytaxt və bölgələrdə dumanlı hava müşahidə olunur

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, küləksiz havada yer səthi effektiv əks şüalanma nəticəsində soyuyur və buna görə də, yerüstü hava qatında duman əmələ gəlib: “Naxçıvan, Culfa, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Lerik, Bakı, Sumqayıt, Maştağa, Binə, Pirallahı, Neft Daşlarında da duman müşahidə olunur və görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.”

G.Məmmədova qeyd edib ki, dumanlı hava şəraitinin martın 21-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.