Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr var

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 51 müntəzəm marşrut xətti üzrə 147 avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyi gecikmə yaranan marşrutları təqdim edir:

1. Bakı-Sumqayıt şosesi – Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-28 dəqiqə gecikmə müşahidə olunur.

2. Həsən bəy Zərdabi küçəsi – 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-25 dəqiqə gecikmə var.

3. 3-cü mikrorayon dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-26 dəqiqə gecikmə müşahidə olunur.

4. Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-24 dəqiqə gecikmə qeydə alınır.

5. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə – köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda, əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-24 dəqiqə gecikmə müşahidə olunur.

6. Xocalı prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 16-25 dəqiqəyə gecikmə var.

7. Binəqədi şosesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-22 dəqiqə gecikmə müşahidə olunur.

8. Mikayıl Useyinov küçəsi – Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127, 205 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 18-24 dəqiqə gecikmə qeydə alınır.

9. Şeyx Şamil, İstiqlaliyyət, Niyazi küçələri – Azneft dairəsi istiqamətində 6, 10, 53, 65 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-24 dəqiqə gecikmə müşahidə olunur.

10. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti – Azneft dairəsi istiqamətində 5, 18, 88, 125 və 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 20-27 dəqiqə gecikmə var.

11. Abdulla Şaiq küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 18-22 dəqiqə gecikmə müşahidə olunur.

12. Xətai prospektindən keçən 11 və 199 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-22 dəqiqə gecikmə qeydə alınır.

Əvvəlki məqalə

“Xalqın hökumətə etimadı yüksək deyil” –

Sonrakı məqalə

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib