“Pediatriyada Refleksoterapiya” layihəsi üzrə 5 təlim, bir təcrübə keçirib

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Pediatriyada Refleksoterapiya” layihəsi üzrə artıq 5 təlim  və bir təcrübəni həyata keçirib.

Layihə rəhbəri, “Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyinin sədri Təranə Musayeva bildirib. Onun sözlərinə görə, təlimlər zamanı analara refleksoterapiya,  refleksoterapiyada istifadə olunan cihazlar və alətlər haqqında ümumi məlumat verilib, ağ ciyər və yoğun bağırsaq meridiyanı, mədə meridiyanı, mədəaltıvəz və dalaq meridyanı, öd kisəsi meridyanı haqqında nəzəri təlimlər verilib:

“Təlimlərin bir günü keçilmişlərin möhkəmləndirilməsi məqsədilə təcrübü dərs olub. Təlimlər zamanı anaların sualları cavablandırılıb və gündəlik tapşırıqlar verilib”.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.