Oktyabrın 17-dən Qazaxıstanda pedofiliyaya görə məhkum olunanlar üçün yeni kimyəvi axtalama qaydaları qüvvəyə minəcək.
AzPost Orda.kz -a istinadən bildirir ki, bu tədbir məhkəmə qərarı ilə tətbiq olunacaq.
Bundan sonra cəzaçəkmə müəssisəsinin əməkdaşları cəza müddətinin bitməsinə azı 12 ay qalmış iş materiallarını məhkəməyə təqdim etməlidirlər. Bundan sonra məhkum məhkəmə-psixiatriya ekspertizasından keçəcək.
Mütəxəssislər şəxsin cinsi zorakılığa meylinin olub-olmadığını müəyyən edəcək. Bundan sonra məcburi tədbir kimi kimyəvi kastrasiya tətbiq oluna bilər. “Prosedur birbaşa həbsxanalarda həyata keçiriləcək”, – nəşr yazır.
Bu tədbirlərin residivlərin qarşısının alınmasını yaxşılaşdıracağı gözlənilir.