“Pekin Rusiyaya texnika verərsə, sərt reaksiya ilə üzləşəcək”- Zelenskinin müşaviri

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak Rusiyaya silah tədarük edəcəyi təqdirdə Çini sərt reaksiya ilə hədələyib.

“Əgər bir ölkə Rusiyaya texnika ötürməyə başlayarsa, o zaman buna aqressiv reaksiya vermək lazımdır”, – Podolyak bildirib.

Eyni zamanda o qeyd edib ki, hazırda Çinin Rusiyaya hərbi yardım göstərməsinə dair heç bir sübut yoxdur.

Podolyak onu da əlavə edib ki, Pekin buna qərar verərsə, beynəlxalq hüquq normalarını pozmuş olacaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.