Pekin Si Cinpin ilə Donald Tramp arasında telefon danışığını təkzib edib

Çinin Xarici İşlər Nazirliyi Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezident Donald Tramp arasında yaxın zamanlarda telefon danışığının olmadığını bəyan edib.

Nazirliyin rəsmisi Quo Ciakun ABŞ Prezidenti Donald Trampın “Time” jurnalının müsahibəsində ÇXR Sədri Si Cinpinin ona zəng etməsi barədə açıqlamasını şərh edərkən belə deyib.

Quo Ciakun, ümumiyyətlə iki ölkə arasında rüsum məsələsinə dair heç bir danışığın aparılmadığını açıqlayıb. “Bir daha izah edim ki, Çin və Amerika Birləşmiş Ştatları rüsum məsələsi ilə bağlı heç bir məsləhətləşmə və ya danışıqlar aparmır”, – deyə Çin XİN rəsmisi vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.