“Pekin Ukraynadakı münaqişənin həlli üçün dialoqa hazırdır”– Çin XİN

“Pekin Ukraynadakı münaqişənin həlli üçün Avropa İttifaqı ilə dialoqa hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.

O bildirib ki, Pekin Aİ-dən strateji müstəqillik və siyasi müdriklik nümayiş etdirməsini gözləyir.

XİN rəsmisi Çinin Ukrayna böhranının tərəfi olmadığını vurğulayıb və onu sülh yolu ilə həll etməyə çağırıb.

“Biz Avropa tərəfi ilə böhranın siyasi həllini müzakirə etməyə hazırıq. Eyni zamanda, onlardan Avropada uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün qətiyyətli addımlar gözləyirik”, – Ninq bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.