Pensiyaçıların başına oyun açan Hüseynxan həbs edildi

Həbs
Həbs

Sumqayıtda pensiyaçıların başına oyun açan şəxs həbs edilib. O, bankomatların qarşısında pensiyasını almaq istəyən şəxsləri aldadırmış.

30 yaşlı Hüseynxan Sumqayıtda bankomatların qarşısında dayanaraq pensiya almağa gələn yaşlı insanlara kömək təklif edərək onları aldadıb.

Həmin şəxslərə pensiya çıxarmasına kömək edən zaman kartda və ya bankomatda pul olmadığını deyib. Yaşlı insanların kartını bankomatdan çıxaran zaman müəyyən məbləğlərdə pul da çəkən Hüseynxan əldə etdiyi pulu narkotik vasitəyə və şəxsi ehtiyaclarına xərcləyirmiş.

Bir neçə dəfə bu əməli törədən Hüseynxan polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Saxlanılan zaman onun üzərində patı adlandırılan narkotik vasitə də aşkar edilib.

Məhkəmənin hökmü ilə daha əvvəl də oğurluq və narkotik ittihamları ilə məhkumluq həyatı yaşamış Hüseynxan 3 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.