Pensiyaçıların sayı açıqlanıb- RƏSMİ

Ölkə üzrə 1 oktyabr 2024-cü il tarixə pensiyaçıların ümumi sayı təqribən 1 milyon 98 min nəfər təşkil edir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, onlardan 707 min nəfəri yaşa görə, 258 min nəfəri əlilliyə görə, 135 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır: “2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələmişdir, bu meyl gələn ildə də davam edəcək.

2024-cü ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 368 milyon manat və ya 29,9% çoxdur.

Əvvəlki məqalə

Sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək

Sonrakı məqalə

Quraqlıq və yanğınlar su ilə əlaqəlidir