Pensiyalar nə vaxt artırılacaq? –Deputat açıqladı

2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq.
Azpost.info bildirir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşımında qeyd edib.
Onun sözlərinə görə,  2024-cü ilin ilk 7 ayında Azərbaycanda nominal orta aylıq əmək haqqı 8.3 faiz artıb. Orta aylıq əmək haqqındakı artım faizi pensiyalardakı artımı müəyyənləşdirmək baxımından əsas meyardır. Belə ki, əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır.
“Bu ildəki orta aylıq əmək haqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq. 2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda, bu ilin sonuna doğru maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əmək haqqı faizinə təsir göstərə bilər. Daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq”-deyə deputat bildirib.
V. Bayramov deyib ki, əmək pensiyaları orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq.
Əvvəlki məqalə

Əhaliyə küləkli hava şəraiti ilə bağlı sarı

Sonrakı məqalə

“Braziliya və Çinin təklif etdiyi sülh planı dağıdıcıdır”