Pensiyalar nə qədər artacaq?- Vüqar Bayramovdan AÇIQLAMA

Bu ilin yanvar ayından pensiyalar artırılacaq.

Bu barədə deputat Vüqar Bayramov APA TV-yə açıqlamasında deyib. O bildirib ki, orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq.

Deputat bildirib ki, pensiyaları indeksasiya olunmayan təxminən 90 min vətəndaşımızın da pensiyası yeni qaydalara əsasən bu ildən etibarən indeksasiya olunaraq artırılır.

Pensiya məbləği hansı məbləğdədirsə, o məbləğə uyğun olaraq artım həyata keçir.

Qeyd edək ki, indeksasiya, artımla bağlı qərar adətən yanvar ayının sonunda verildiyi üçün, yanvar ayının artımı vətəndaşa fevralda fevral ayının artımı ilə birlikdə ödəniləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.