Pentaqon rəhbəri Venesueladakı Rusiya HHM sistemlərini ələ saldı

Pentaqon rəhbəri Venesueladakı Rusiya hava hücumundan müdafiə sistemləri haqqında istehza ilə danışıb.

AzPost bildirir ki, ABŞ müdafiə naziri Pit Heqset Amerika qoşunları qarşısında çıxışında zarafatla bildirib ki, Karakasın Rusiyadan aldığı hava hücumundan müdafiə sistemləri ABŞ-ın Venesuela hökmdarını ələ keçirmək əməliyyatı zamanı “çox da yaxşı işləməyib”.

Heqset çıxışı zamanı ABŞ-ın digər ölkələrlə münaqişə axtarmadığını vurğulayı. O, eyni zamanda deyib ki, dünya “supergüclər arasında rəqabətin yeni dövrünə” qədəm qoyub. Heqset ABŞ-ın bu çətinliyin öhdəsindən gəlmək üçün ayağa qalxacağını və müdafiə sektorunu gələcək müharibələrə hakim olmaq üçün lazım olan texnologiyalarla zənginləşdirəcəyini bildirib.

Rusiya 2000-ci illərin ortalarında Venesuelanın əsas silah təchizatçılarından birinə çevrilib. Bu sektorda müqavilələrin ümumi dəyəri təxminən 14,5 milyard dollar olub. Rusiya hakimiyyəti Karakasa avadanlıqları kredit və təxirə salınmış ödəniş şərtləri ilə əldə etməyə icazə verib. Təchizatlara təyyarələr, helikopterlər, yerüstü hərbi texnika və hava hücumundan müdafiə sistemləri, o cümlədən S-300 və Buk hava hücumundan müdafiə sistemləri, modernləşdirilmiş Sovet Peçora-2M hava hücumundan müdafiə sistemləri və İqla daşına bilən hava hücumundan müdafiə sistemləri daxil idi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.