Pentensiar xidmətin əsgəri özünü güllələyib.
Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün gecə saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ölüm faktını təsdiq edib.
Faktla bağlı Bakı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.