Pepe futbol karyerasını başa vurub

Portuqaliyalı futbolçu Pepe futbolçu kimi karyerasını başa vurub.

41 yaşlı futbolçu oynadığı 23 mövsüm ərzində ümumilikdə 34 kubok qazanıb.

Pepe 10 il İspaniya nəhəngi “Real Madrid”in, 9 il isə Portuqaliyanın köklü klublarından olan “Porto”nun forması ilə çıxış edib.

Futbolçu ümumilikdə klub səviyyəsində 700 oyuna çıxıb.

41 yaşlı oyunçu Almaniyada keçirilən son Avropa Çempionatında Portuqaliya millisinin formasını geyinməklə çempionat tarixinin ən yaşlı oyunçusu olaraq tarixə düşüb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.