Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Çeçenistan liderinin oğlu Adam Kadırova dövlət mükafatlarının təqdim edilməsindən xəbəri yoxdur.
Azpost.info xəbər verir ki, o, jurnalistlərin A.Kadırovun təkcə regional səviyyədə deyil, Rusiya prezidenti tərəfindən mükafatlandırıla biləcəyi ilə bağlı sualını belə cavablandırıb.
“Onun hansısa dövlət mükafatına namizədliyi ilə bağlı məndə məlumat yoxdur. Bu barədə heç nə bilmirəm”, – Peskov deyib.
Qeyd edək ki, Adam Kadırov son bir ayda 7 ordenlə təltif olunub.
Azpost.info