Peterburqda hərbi jurnalistin ad günündə partlayış törədilib –1 nəfər ölüb, 25 yaralı var /VİDEO

Sankt-Peterburq şəhərində kafedə partlayış baş verib.

Peterburqda partlayış hərbi müxbir Vladlen Tatarskinin ad günü mərasimi zamanı baş verib.

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Sankt-Peterburqda kafedə baş verən partlayışla bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında 2023-cü il aprelin 2-də saat 18.13-də Peterburq polisinə Universitetskaya sahili, ev 25 ünvanında yerləşən kafedə partlayışın baş verməsi barədə məlumatın daxil olduğu bildirilib.

Əldəqayırma partlayıcı qurğu Vladlen Tatarskiyə hədiyyə edilən heykəlciyin içinə yerləşdirilib.

baş verən patlayışda 25 nəfər xəsarət alıb.

19 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 10 nəfərin vəziyyəti ağırdır.

Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin rəhbərliyi və bir qrup əməkdaşı hadisə yerinə gedib. Sankt-Peterburq polisi və fövqəladə hallar xidmətləri də hadisə yerində işləyir, hadisənin səbəbləri araşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.