“Peyvənd olunmayanların öz hesabına müalicəsi ilə bağlı müzakirələr aparılmayıb” –

NAZİR
16 Noyabr 2021 - 14:57

Koronavirus əleyhinə peyvənd olunmayanların öz hesabına müalicə alması ilə bağlı Azərbaycanda müzakirələr aparılmayıb.

Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

O bildirib ki, bununla bağlı təklif ola bilər: “Amma hazırda Opertaiv Qərragah, həmçinin Səhiyyə Nazirliyində belə müzakirələr getmir”.