“Vaksinasiya problemi, vaksinasiyadan imtina etmə problemi ötən gün parlamentdə keçirilən dinləmədə çox geniş müzakirə edilib”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, peyvəndləmə yaşının azaldılması ilə bağlı məsələyə baxılır: “Peyvəndlənmədən imtina etmiş şəxslərin öz hesabına müalicə alması məsələsi müzakirə edilir”.