“Peyvənd uğurlu olsa iyul və ya avqusta qədər koronavirusun qarşısını ala bilərik” –Tramp açıqlama verdi

“Koronavirusun yayılmasının qarşısının alınmasında hamımızın kritik rolu var”.

CNN-in verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə koronavirusla mübarizəyə həsr olunmuş mətbuat konfransında deyib.

ABŞ Prezidenti ölkə vətəndaşlarını bar, kafe və restoranlara getməməyə, habelə zərurət yaranmadığı halda səyahət etməməyə çağırıb.  Tramp qeyd edib ki, artıq koronavirusa qarşı peyvənd sınaqdan keçirilib.

“Bu, tarixdə ən sürətlə hazırlanan peyvəndlərdən biridir. Yaxşı iş görə bilsək, mütəxəssislər iyul və ya avqusta qədər koronavirusun yayılmasının qarşısını ala biləcəyimizi deyir. Nələrin baş verəcəyini görəcəyik. Bəlkə də uzun müddət davam edəcək”, – deyə ABŞ Prezidenti vurğulayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezidentin sərəncam və tapşırıqlarının icrasına nəzarət üçün elektron informasiya sistemi yaradılacaq –

Sonrakı məqalə

Azərbaycanda koronavirusa daha 3 yoluxma faktı qeydə alınıb