Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar –Səhiyyə Nazirliyi:

“Vaksin iki dozada vurulur. Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova “COVID-19 Sertifikatı” mövzusunda çıxışında deyib.

O bildirib ki, müəyyən səbəblər olubsa və həmin şəxs 28 gün sonra peyvənd vurdura bilməyibsə, o zaman peyvəndi vurdurmaq mümkündür: “Əgər ikinci dozanı vurdurmaq 56 günü keçibsə, o zaman həmin şəxs 6 aydan sonra yenidən 1 və 2-ci doza vaksin almalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

22 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verib –

Sonrakı məqalə

Hər iki dozada eyni vaksindən vurulması tövsiyə olunur –