Pezeşkian ABŞ-ı etirazçıları qızışdırmaqda ittiham edib

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ı ölkədəki etirazçıları sabitliyi pozmağa sövq etməkdə ittiham edib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Pezeşkian bildirib ki, bütün dünya ABŞ hökumətinin danışıqlar aparıldığı bir vaxtda diplomatiya və dialoqa zərbə vurduğunun, insanlığa qarşı cinayətlər törətdiyinin və beynəlxalq norma və qaydaları pozduğunun şahidi olub. Onun sözlərinə görə, Vaşinqton indi İranı digər ölkələrlə eyniləşdirərək, fərqli üsullarla bəzi şəxsləri iğtişaş və xaos yaratmağa təhrik etməyə çalışır.

İran prezidenti vurğulayıb ki, bütün bunlara baxmayaraq, İran xalqı əvvəlkindən daha möhkəm şəkildə ölkəsini və mövcud dövlət quruluşunu dəstəkləyəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.