Pezeşkian Ermənistana gedir

İran prezidenti Məsud Pezeşkian 18 avqustda Ermənistana və Belarusa səfər edəcək.

Bu barədə İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi “X” platformasındakı hesabında paylaşım edib.

Onun sözlərinə görə, 2 günlük səfərin məqsədi ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və ticarət sahəsində sənədlərin imzalanmasıdır.

Sənayi İran prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dövlət başçılarının Çində keçiriləcək sammitinə dəvət edildiyini bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.