İran Prezidenti Məsud Pezeşkian dini rəhbər Əli Xameneinin siyasi müşaviri olan kontr -admiral Əli Şamxanini yeni vəzifəyə təyin edib.
AzPost bildirir ki, bu barədə Tasnim məlumat yayıb.
Müvafiq sərəncama əsasən, Şamxani İranın Müdafiə Şurasının katibi vəzifəsini icra etməyə başlayıb.
Təyinat davam edən regional və beynəlxalq təhlükəsizlik problemləri fonunda baş verib. Şamxani İranın hərbi-siyasi rəhbərliyində əsas fiqur hesab olunur. O, uzun illər Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb.
Müdafiə Şurasının əsas vəzifələrinə ölkənin müdafiə qabiliyyətini gücləndirmək, yeni təhdidlərə qarşı mübarizə aparmaq, müdafiə qərarlarının qəbul edilməsini əlaqələndirmək və təkmilləşdirmək daxildir.