Pezeşkian üzr istəyib-İran daha qonşu ölkələrə hücum etməyəcək

Pezeşkiyan
Pezeşkiyan

İran daha qonşu ölkələrə hücum etməyəcək.

Bu barədə bu gün İran Prezidenti Məsud Pezeşkian videomüraciətində bildirib.

“Hərbi qüvvələr komandirlərinin olmadığı halda müstəqil şəkildə lazımi tədbir  görüblər. Qonşu ölkələrdən üzr istəyirəm; qonşu ölkələr bizim qardaşlarımızdır. Biz qonşu ölkələrə hücum etmək niyyətində deyilik”, – deyə o bildirib.

Onun sözlərinə görə, Müvəqqəti Rəhbərlik Şurası dünən qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib.

“İrana hücum olmasa, qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək”, – İran Prezidenti qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.