Pezeşkian və Paşinyan 10 memorandum imzalayıb

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana ilk rəsmi səfəri zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla İrəvanda aparılan danışıqların nəticəsi olaraq 10 anlaşma memorandumu imzalanıb.

İki dövlət başçısının keçirilən danışıqların yekunlarına dair imzaladıqları birgə bəyanatla yanaşı xarici siyasət orqanları arasında siyasi məsləhətləşmələr, standartlaşdırma, təsdiqləmə, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə, turizm, peşə təhsili, şəhər salma və yol tikintisi, tibbi məhsulların istehsalının tənzimlənməsi sahələrində, arxiv idarələri, kitabxana və muzeylər arasında əməkdaşlıq üzrə memorandumlar imzalanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.