Pezeşkian xalqa müraciət etdi, küçələrə çıxmağa çağırdı

Pezeşkiyan
Pezeşkiyan

“İran xalqı iğtişaşlarla razılaşmadığını ifadə etmək üçün küçələrə çıxmalıdır”.

İran prezidenti Məsud Pezeşkianın bu sözləri xalqa televiziya müraciətində bildirib:

“İran xalqını meydanlara çıxmağa, mövqeyini ifadə etməyə və iğtişaşların onun tələblərini təhrif etməsinə imkan verməməyə çağırırıq”, – deyə prezident bildirib. O vurğulayıb ki, “İran cəmiyyəti məscidləri yandıranları qəbul etmir”.

Pezeşkian mülki şəxslərin həlakı ilə bağlı başsağlığı verib və gəncləri terrorizmə və iğtişaşlarda iştiraka qarşı xəbərdar edib. “Biz sülh yolu ilə keçirilən etirazları rəsmi şəkildə tanıyır və etirazçılarla dialoqu öz borcumuz hesab edirik. Ölkə daxilində etiraz edən bütün tərəflərlə görüşməyə hazırıq”, – deyə o əlavə edib.

Qeyd edək ki, 2025-ci il dekabrın 29-da Tehranda rialın məzənnəsinin kəskin ucuzlaşmasına etiraz olaraq ticarətçilərin aksiyaları başlayıb. Dekabrın 30-da etirazlara tələbələr də qoşulub. İğtişaşlar ölkənin əksər böyük şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də küçələrdə silahlı naməlum qruplar peyda olub, hüquq-mühafizə orqanları ilə toqquşmaların sayı artıb. İran hakimiyyəti iğtişaş törədənləri terrorçu adlandırıb və hadisələrin təşkilinə görə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoyub.

“İran hökuməti qanuni etirazlarla iğtişaşları bir-birindən fərqləndirir və bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır”-deyə o vurğulayıb.

“Biz xalqın səsini dinləməyə hazırıq və iqtisadi islahatları davam etdirmək əzmindəyik. Biz iranlıları tələblərini aydın şəkildə ifadə etmək üçün küçələrə çıxmağa və iğtişaşların qızışdırıcılarının mövcud etirazların səbəblərini təhrif etməsinə imkan verməməyə çağırırıq”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.