Pilotlar qəzanın qarşısını almaq üçün sonadək çalışıb- Ekspert

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin pilotları Aktauda hava limanı yaxınlığındakı əkin sahəsinə enməyə cəhd ediblər”.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə aviasiya üzrə ekspert deyib.

“Pilotlar təyyarəni uzun müddət səmada saxlamağa çalışıb. Onlar qəzanın qarşısını almaq üçün axıra kimi çalışıblar. Kapitan hətta təyyarəni boş yerə endirməyə cəhd edib”, – ekspert bildirib.

Qeyd edək ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29-u sağ qalıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.