Pişik sevənlər it saxlayanlardan daha səxavətlidir-Araşdırma

pişik
pişik

Sosioloq Herbert Çanq maraqlı nəticələrə səbəb olan araşdırma aparıb.

AzPost xəbər verir ki, alim ev heyvanı seçimində pişiklərə üstünlük verən insanların, ümumilikdə, it sevərlərdən daha çox səxavətli olduqlarını açıqlayıb.

Tədqiqat 788 milyon xeyriyyə ianəsi üzərində aparılıb və milyonlarla donorun davranışları müqayisə olunub. Nəticələr göstərib ki, pişik sahibləri daha çox sayda təşkilata yardım edir və maliyyə dəstəyi baxımından daha aktivdirlər.

Çanq qeyd edib ki, pişiksevərlər həm ianələrin tezliyi, həm də müxtəlifliyi ilə seçilirlər. Onlar təkcə heyvanlarla bağlı xeyriyyə fondlarına deyil, eyni zamanda sosial, ekoloji və humanitar təşkilatlara da dəstək göstərirlər.

Mütəxəssislər bu fərqin psixoloji kökləri ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürürlər. Bəzi sosioloqlar hesab edir ki, pişiklərin müstəqil təbiəti onların sahiblərində daha geniş sosial məsuliyyət hissi formalaşdırır. Digər mütəxəssislər isə bunu sadəcə təsadüfi uyğunluq kimi dəyərləndirirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.