Pişiklə qatara minmək istədi- ADY-nin ziddiyyətli qaydaları ilə üzləşdi

Qatar
Qatar

Sosial şəbəkələrdə Azərbaycan Dəmir Yolları (ADY) ilə bağlı yeni narazılıq yayılıb. AzPost xəbər verir ki, istifadəçi Aynur Verdiyeva şəxsi “Facebook” hesabında ADY-nin ev heyvanlarının daşınması qaydaları ilə bağlı ziddiyyətli məlumat verdiyini bildirib.

Onun sözlərinə görə, pişiyini rayonlararası sürət qatarı ilə aparmaq üçün günlər öncədən rəsmi sayt vasitəsilə şərtləri yoxlayıb və pasportla icazə verildiyini təsdiqləyən məlumat alıb. Hətta ADY-nin “Facebook” səhifəsinə yazaraq eyni cavabı əldə etdiyini deyən vətəndaş, qaynar xəttə müraciət etdikdə isə tam fərqli cavabla qarşılaşıb.

Belə ki, ADY-nin qaynar xətt əməkdaşı pişik üçün yalnız pasportun kifayət etmədiyini, mütləq həkimdən sağlamlıq arayışı alaraq, onu xüsusi quruma təsdiqlətdirib, əlavə rüsum ödəməklə icazə sənədi alınmasının vacibliyini bildirib.

Aynur Verdiyeva bu ziddiyyətli məlumatların insanları çaşqın vəziyyətə saldığını və sonda ev heyvanının səfərə çıxa bilməməsi ilə nəticələndiyini qeyd edib. Onun sözlərinə görə, belə olduqda pişik evdə tək, ac-susuz və təhlükədə qalacaq.

Vətəndaş ADY-nin bu ziddiyyətli məlumatlarına görə məsuliyyət daşımalı olduğunu və müştərilərə vahid, dəqiq və şəffaf məlumat təqdim edilməsinin vacibliyini vurğulayıb.

ADY tərəfindən bu məsələ ilə bağlı hələlik ictimaiyyətə rəsmi açıqlama verilməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.