Plasido Dominqo 3 min dinləyicini bir araya gətirib

Avqustun 19-da İspaniyalı tenor Plasido Dominqo İspaniyanın “Starlite Festival de Marbella” səhnəsində çıxış edib.

Marbeya şəhərində alqışlarla qarşılanan 80 yaşlı ifaçını Yudjin Konun rəhbərliyi altında Malaqanın simfonik orkestri müşayiət edib.

Gecənin ən maraqlı məqamı ispaniyalı müğənni Marta Sançesin çıxışı olub. Plasido Dominqo ilə səhnəni bölüşən müğənni konserti bitirmək üçün öz tərzində İspaniyanın himnini oxuyub. Onların çıxışı tamaşaçı tərəfindən ayaq üstə alqışlarla qarşılanıb. Dinləyicilərin sırasında İspaniyanın sabiq prezidenti Xose Mariya Aznar da olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir