Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Pokrovskda 7,4 kvadrat kilometr ərazi təmizlənib –

User 12 Noyabr 2025 - 21:46 (Last updated: 12 Noyabr 2025 - 21:46)
sirski

“Ukrayna qoşunları Pokrovsk şəhərinin müdafiəsini davam etdirir. Hazırda Rusiya ordusunun şəhərə nəzarəti ələ keçirməsi və ya Ukrayna Müdafiə Qüvvələrini mühasirəyə almasından söhbət getmir”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski məlumat verib.

Sırski qeyd edib ki, Pokrovsk-Mirnoqrad əməliyyatı zonasında vəziyyətin sabitləşdirilməsi döyüş tapşırıqlarına cəlb olunan hərbi komandanlıq orqanları, birləşmələr və bölmələr arasında koordinasiya səviyyəsindən asılıdır.

“Bu məqsədlə mən Pokrovsk bölgəsinə getdim. Komandirlərlə birlikdə əvvəllər müəyyən edilmiş tapşırıqların nəticələrinə diqqət yetirdik və gələcək tədbirləri planlaşdırdıq”, – deyə Baş Komandan bildirib.

Onun sözlərinə görə, Pokrovsk şəhəri Rusiya ordusunun hücumunun əsas istiqaməti olaraq qalır.

Sırskinin sözlərinə görə, son 7 gün ərzində axtarış-zərbə əməliyyatları nəticəsində Donetsk vilayətinin Pokrovsk rayonundan 7,4 kvadrat kilometr ərazi təxribat və kəşfiyyat qruplarından təmizlənib.

Xatırladaq ki, Pokrovsk şəhəri Donetsk vilayətində döyüşlərin episentri olaraq qalır. Rusiya qoşunları Pokrovski bir neçə istiqamətdən mühasirəyə almağa çalışır və bu məqsədlə əlavə qüvvələr yerləşdirir.

Rusiya ordusu əlverişsiz hava şəraitindən, xüsusən də sıx dumandan istifadə edərək Pokrovska nüfuz edib. Hazırda şəhərdə 300-dən çox rus hərbçisinin olduğu bildirilir.

AzPost.az

Post navigation

Previous: MONUMENTAL KİTAB –
Next: Peruda avtobus qəzasında 37 nəfər həlak olub

Oxşar xəbərlər

pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.