“Azərbaycanın Rusiyadakı səfiriyi qarşısında bu gün heç bir yığıncaq olmayıb. Bu ağır günlərdə təxribat xarakterli informasiyanı yayanlar səfirliyin onsuz da ağır olan işinə maneə yaradırlar”.
Azpost.info haqqın.az-a istinadən bildirir ki, bu barədə Moskvadakı səfirliymizin bu gün Polad Bülbüloğlu ilə bağlı yayılmış videogörüntü ilə bağlı yaydıqları rəsmi açıqlamada deyilir.
Bəyanada deyilir ki, bu video iyulun 15-də Azərbaycan ordusuna dəstək üçün gəlmiş soydaşlarla olan görüşdəndir.
“Bu barədə KİV-lərdə də məlumat gedib. Təəsüf ki, bir sıra onlayn resurslar Polad Bülbüloğlunun fikirlərini konstekdən çıxararaq təxribata əl atıblar. Məlumat elə verilib ki, sanki bu sözlər iyulun 24-də səslənib”.