“Ermənistan-Azərbaycan sərhədində vəziyyət Rusiya üçün çox həssas məsələdir”-PUTİNDƏN BƏYANAT

“Ermənistan-Azərbaycan sərhədində vəziyyət Rusiya üçün çox həssas məsələdir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin bu gün keçirilən iclasında deyib.

“Bir sıra MDB ölkələri ilə münasibətlərimiz və ən əsası bizim üçün Ermənistan-Azərbaycan sərhədində vəziyyət çox həssasdır” – deyə V. Putin vurğulayıb.

Prezidentin mətbuat xidmətinin rəhbəri Peskovun sözlərinə görə, iclasda Rusiyanın MDB ölkələri ilə, o cümlədən sərhəddəki gərginliyin fonunda Azərbaycan və Ermənistanla münasibətləri müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Polad Bülbüloğlu təkzib etdi, bəyanat verdi:

Sonrakı məqalə

Ölkədə daha 332 nəfər koronavirusa yoluxub –