Polad Həşimovun mundiri, Ayaz Mütəllibovun və Elçibəyin vəsiqələri –Tarix Müzeyində /FOTOLAR

Azərbaycan Tarix Muzeyində Azərbaycana rəhbərlik etmiş prezidentlərlə bağlı eksponatlar nümayiş etdirilir. 
Azpost.info bildirir ki, altı il bağlı qalmış Muzey bu ilin aprel ayından qapılarını açıb.
Burada yeni bölmələr yaradılıb. Onların sırasında Azərbaycanın müstəqillik tarixinin sənədləri də yer alır.
Bu sırada Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibovun və ikinci prezident Əbülfəz Elçibəyin prezidenlik vəsiqəsi muzeydə nümayiş etdirilir. Burada hər iki prezidentə məxsus olmuş digər eksponatlar, sənədlər var.
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvü Mirsəməd Cəfərli muzeyə təşkil olunmuş infotur çərçivəsndə bununla bağlı  fotoları paylaşıb.
Fondda ümummilli lider Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərindəki siyasi fəaliyyətinə dair xeyli sayda sənəd və fotomateriallar mühafizə edilir. Bu çoxsaylı sənədlər arasında üç nadir sənəd – Naxçıvan Pedaqoji Texnikumunun məzunu ikən Heydər Əliyevin Azərbaycan Tarixi Muzeyində çalışmaq məqsədi ilə direktorunun adına yazdığı ərizə, tərcümeyi-hal və doldurduğu kadrların uçotu üzrə şəxsi vərəqə xüsusilə maraqlıdır.
Fondun müasir dövrə aid sənədlər kolleksiyasında həmçinin Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda həlak olmuş əksər vətəndaşlarımıza aid də şəxsi materiallar da yer alıb.
Bu sırada 2020-ci ilin Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun hərbi mündiri qorunur.
Muzeydən bildirilib ki, burada nümayiş etdirilən eksponatlar, ümumi fondun yalnız iki faizidir. Yer balaca olduğundan bütün eksponatları yerləşdirmək olmur.
 Hazırda Fondun kolleksiyasında 19 222 saxlanma vahidi mühafizə olunur. Sənədli mənbələr fondunun bir çox kolleksiya nümunələrindən kataloq və kitab-albomların hazırlanmasında mənbə qismində istifadə edilib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.