“Polad inqilab” başlanır, 21 iyunda hamını meydana çağırıram…”-

Paşinyan Koçaryana "zibil" dedi
12 İyun 2021 - 15:43

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan seçkidə qələbəni qeyd etmək üçün ölkə vətəndaşlarını iyunun 21-də Respublika meydanına çağırıb. 

Azpost.info bildirir ki, Geqarkun vilayətində seçicilərlə görüşündə Paşinyan müxalifəti “zibil” adlandırıb: “Ermənistanda xalqı istismar edən elitalar olmamalıdır. Biz seçkidə öz nəticələrimizlə göstərəcəyik ki, kimdir “zibil”. Sizin hamınızı “polad inqilabının başlanması münasibəti ilə Respublika meydanına çağırıram”-deyə Paşinyan bəyan edib.

Lorda təbliğat aksiyası zamanı vətəndaşlar Paşinyana “polad mandat” bağışlayıblar. Baş nazir deyib ki, qələbədən sonra “kadr qətliamı” aparacaq. Onun sözlərinə görə, xalq məhz bunu istəyir.

Ermənistanda növbədənkənar seçki 20 iyuna təyin olunub.