Polis Jurnalistlərin binası ətrafındakı vəziyyətlə bağlı araşdırma aparır

Jurnalistlərin binasının ətrafı narkoman yuvasına çevrilib.

Bu barədə Lent.az-a binanın sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, əsasən də axşam saatlarında sərxoşlar, narkomanlar binanın həyətindəki “besetka”ya toplaşırlar. Sakinlər bunun uşaqlar və xanımlar üçün təhlükəli olduqlarını bildirir.

Həmçinin avtomobil sahiblərinə oğurluqlarla bağlı ehtiyatlı olmaları tövsiyə edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a məsələ ilə bağlı məlumatlı olduqları bildirilib:

“Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.