Polis rayondan Bakıya sərnişin daşıyan “Təcili Yardım”ı saxladı –Kurioz hadisə (VİDEO)

Azərbaycanda son günlər baş verənlərin fonunda kurioz hadisə baş verib.  

Polis rayondan Bakıya “Təcili Yardım” maşını ilə qeyri-qanuni sərnişin daşıyan sürücünü saxlayıb.

Azpost.info bildirir ki, bununla bağlı video sosial şəbəkədə paylaşılıb. Kadrlardan görünür  ki, xəstənin uzanmalı olduğu yerdə bir neçə nəfər çantalarla oturub. Sürücünün yanında isə tibbi maska taxmış iki nəfər oturub.

Polisin suallarına anlaşılmaz cavablar verən sürücü deyib ki, o hər gün adam aparır. Sürücü polis zabitinin “Təcili yardım”la niyə sərnişin  daşıyırsan?” sualına cavab verə bilməyib.

Xatırladaq ki, koronavirus təhlükəsi ilə bağlı Bakıya, Sumqayıta rayon qeydiyyatında olan maşınların və sərnişinlərin daxil olması qadağan olunub. Bununla bağlı yollarda müvafiq postlar qurulub.

https://www.facebook.com/ilkin.muradov.35/videos/3070020739717312/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Merkel koronavirus şübhəsi ilə karantinə aparıldı

Sonrakı məqalə

Gecə Bakının yolları dezinfeksiya olunur –