Polisin axtardığı Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb

xəbərdarlıq edilib
xəbərdarlıq edilib

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Bosniya və Herseqovina ərazisində yeri müəyyən olunub.

Bu barədə DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir.

Dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

Bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.