Polislər ötən gün küçələrdə 12 koronavirus xəstəsini saxlayıb

Dekabrın 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Göygöldə 13 yaşlı yeniyetmə itkin düşüb

Sonrakı məqalə

Şəhidlərin ailə üzvlərinə və qazilərə yeni vergi güzəştləri tətbiq ediləcək