Nüfuzlu “Politico” nəşri Rusiya prezidenti Vladimir Putini “ilin uğursuzu” seçib.
Azpost.info xəbər verir ki, bu nəticəni “Politico”nun hazırladığı ənənəvi reytinq ortaya oqyub.
“Politico” öz seçimini Rusiya ordusunun Ukraynadakı bir sıra hərbi uğursuzluqları ilə izah edir ki, bu da Kreml rəhbərinin təkcə beynəlxalq səviyyədə deyil, həm də ölkəsi daxilində reytinqinin aşağı düşməsinə səbəb olub:
“Vladimir Putinin böyük Rusiya arzusu çətin ki gerçəkləşsin. Onun Ukraynaya genişmiqyaslı hücumu demək olar ki, elə başladığı sürətlə dağıldı. Putin uzun müddət Rusiyanı Sovet İttifaqı dövründə əldə etdiyi böyük dövlət statusuna qaytarmağa çalışırdı. Əvəzində ölkəsini üçüncü dərəcəli ölkələr statusuna saldı. Gücünü yanlış qiymətləndirdiyi və xor gördüyü düşməni məğlub edə bilmədi”.
Nəşr yazır ki, Qərbin sanksiyaları altında neft ixracının azalması və müttəfiqlərin zəifliyin üfunət qoxusundan getdikcə geri çəkildiyi bir vaxtda Rusiya Putinə qalib görkəmi vermək və Qərbə təzyiq göstərmək üçün saxta referendumlara və “nüvə qılıncının tıqqıltısına” əl atır: “Başqa dünya lideri məğlubiyyətini etiraf edib geri çəkilərdi, lakin Putin inadkarlıq edir. Bu da o deməkdir ki, genişmiqyaslı müharibə davam edəcək, inflyasiya, enerji və gübrə qiymətləri artacaq”.
“Putinin arzusunu reallaşdıra bilməməsi o demək deyil ki, o, qonşuları üçün bundan sonra da kabus kimi qalmayacaq”, – Politico əlavə edib.
Qeyd edək ki, eyni reytinqdə “Politico” Ukrayna prezidenti Vladimir Zelenskini “Avropanın ən nüfuzlu adamı” seçib. Nəşrin fikrincə, Avropa liderləri Ukrayna prezidentinə heyrandırlar və ona oxşamaq istəyirlər.
Azpost.info
