“Polşanın NATO-nun “Nuclear Sharing” proqramı çərçivəsində öz ərazisində ABŞ nüvə başlıqlarının yerləşdirilməsi məqsədəuyğun olardı”.
Azpost.info xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib.
Duda eyni zamanda nüvə müharibəsinin başlanması ehtimalına şübhə ilə yanaşdığını bildirib: “Çünki bu, dünyanın sonu demək olar. Mən həm də taktiki nüvə silahının istifadəsini nəzərdə tuturam”.
2022-ci ildə Duda Polşanın ABŞ-dan nüvə silahı almaq arzusunu bəyan etmişdi. Bu, Ukrayna ordusunun uğurları fonunda Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə hədələməsindən sonra baş vermişdi.
Azpost.info