Polşa Avropa İttifaqının əsas qaz mərkəzinə çevrilmək istəyir

Qaz
Qaz

Avropa qaz bazarında yeni güc mərkəzi formalaşmaq üzrədir. AzPost xəbər verir ki, Polşa Avropa İttifaqında əsas qaz qovşağı olmaq niyyətini açıq şəkildə ortaya qoyub. Rəsmi Varşava bu məqsədlə Baltik dənizində yeni üzən maye qaz qəbul və emal terminalının tikintisini nəzərdən keçirir.

Məlumata görə, Polşanın Şvinouyşçe limanında hazırda illik 8,3 milyard kubmetr gücə malik maye qaz terminalı fəaliyyət göstərir. Cari ilin birinci yarısında isə ikinci terminalın inşası ilə bağlı qərarın verilməsi gözlənilir. Yeni obyektin gücü 6,1 milyard kubmetr nəzərdə tutulur.

Bu layihə Polşaya yalnız daxili tələbatı ödəmək deyil, həm də digər Avropa ölkələrinə qaz nəqlini artırmaq imkanı yaradacaq. Beləliklə, Polşa boru kəmərlərindən asılılığı azaltmaqla Avropa bazarına daha çevik və alternativ qaz təklif etməyi planlaşdırır.

Yeni terminalın xarici alıcıları cəlb edəcəyi və bir neçə mühüm nəqliyyat marşrutunu birləşdirəcəyi də bildirilir. Analitiklərin fikrincə, Polşa bu addımlarla Avropanın qaz tranzit sistemində Almaniya və Ukraynanın tutduğu mövqeləri zəiflətməyi hədəfləyir.

Qeyd olunur ki, əvvəl qaz axınları əsasən qərbdən şərqə istiqamətlənmişdi. Hazırda isə Polşa şimaldan cənuba uzanan yeni qaz dəhlizlərinin inkişafına üstünlük verir. Bu strategiya ölkənin Avropa enerji xəritəsində rolunu daha da gücləndirə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.