Polşanın Baş naziri Mateuş Moravetskiy bütün kabineti ilə birlikdə istefa verib.
Azpost.info xəbər verir ki, noyabrın 13-də Polşada yeni parlament işə başlayıb.
Hakim Qanun və Ədalət partiyası Seymdə çoxluğa malik deyil və təkbaşına hökumət qura bilməz.
Polşada parlament seçkiləri oktyabrda keçirilib və Seymdə 194 yer qazanan hakim Qanun və Ədalət partiyasının qələbəsi ilə başa çatıb. Eyni zamanda, müxalif “Vətəndaş Koalisiyası”, “Üçüncü Yol” və “Sol” müvafiq olaraq 157, 65 və 26 yer qazanıb. Seymdə daha 18 yer millətçilər və avroskeptiklərin “Konfederasiya” koalisiyasına verilib.
Azpost.info