Polşa “Vaqner” muzdlularının bölgəyə göndərilməsi xəbərindən sonra Belarusla sərhədində əlavə təhlükəsizlik tədbirləri görür.
Azpost.info xəbər verir ki, məsələ ilə bağlı Polşa hökumətinin nümayəndələri və hakim Hüquq və Ədalət partiyasının rəhbəri Yaroslav Kaçinski arasında müzakirə aparılıb.
Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı bəyan edib ki, snayperlər sərhəddə patrul edir: “Snayperlər kəşfiyyat, naviqasiya və silahla işləmə üzrə peşəkardırlar. Mümkün təhlükə qarşısında əməliyyatların maksimum effektivliyini təmin etmək üçün snayperlər gecə-gündüz məşq edirlər”.
Azpost.info
