Polşa da Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa qoyur- Bu tarixdən

Polşa Rusiyada qeydiyyatda olan minik avtomobillərinin ölkəyə girişinə sentyabrın 17-dən qadağa tətbiq edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Polşa daxili işlər naziri Mariuş Kaminski bildirib.

“Bu qadağa əvvəl sadəcə Rusiya yük maşınlarına şamil edilirdi. İndi bu məsələni bağlayırıq. Polşaya bir dənə də olsun rus maşını girməyəcək. Hörmətli cənablar, bu, həm kommersiya məqsədli, həm də şəxsi avtomobillərə aiddir”, – Kaminski bildirib.

Beləliklə, Polşa Almaniya, Finlandiya, Litva, Latviya və Estoniya da daxil olmaqla, artıq oxşar məhdudiyyətlər tətbiq etmiş ölkələrin sırasına qoşulur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.