Polşa Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi proseduruna başlayıb

Polşa Seymi ölkə Konstitusiyasına Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə imkan verən dəyişiklikləri nəzərdən keçirəcək.

Azpost.info xəbər verir ki, parlament məsələyə mayın 25-də baxacaq.

Qanun layihəsində qeyd edilir ki, Polşaya silahlı hücum və ya başqa ölkəyə qarşı analoji hücum zamanı ölkə üçün yaranacaq xarici təhlükə zamanı məlum aktivlər kompensasiya ödənilmədən müsadirə edilə bilər.

Polşanın Konstitusiyaya məlum dəyişiklik etmək niyyəti 2022-ci ilin martında məlum olub. Hakimiyyət orqanlarının məlumatına görə, Polşada Rusiyanın 33 milyon dollar dəyərində aktivləri və əmlakı dondurulub.

Azpost.info

Əvvəlki məqalə

Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı –

Sonrakı məqalə

Kürdə 13 yaşlı uşaq batıb