Polşadan ilk çarter reysi ilə 180 Azərbaycan vətəndaşı təxliyə edilib

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar AZAL tərəfindən Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə Bakıya gətirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib. İndiyədək baş tutan 8 çarter reysi ilə 1475 həmvətənimiz Azərbaycana gəlib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir